Rövnəq Abdullayev “Qarabağ”ı təbrik etdi
AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunun növbəti dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı qurumun rəsmi saytına fikirlərini bildirib. O, bunları söyləyib:
“Dünən Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan futbolu üçün daha bir sevindirici hadisənin şahidi olduq. “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etdi. Ağdam təmsilçisi artıq 4-cü dəfədi ki, bu nüfuzlu turnirin qrup mərhələsində oynamaq hüququ qazanır. Bu tarixi nəticə, Moldovanın “Şerif” komandası üzərində qazanılmış inamlı qələbə münasibətilə “Qarabağ” klubunun rəhbərliyini, məqşçi-inzibati heyətini, futbolçularını və əlbəttə ki, möhtəşəm dəstəyi ilə hər zaman komandanın yanında olan, qələbəyə səsləyən azarkeşləri təbrik edirəm.
UEFA Avropa Liqasının cari mövsümünə Bakıda yekun vurulacaq. 2019-cu il mayın 29-da turnirin final qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu gün isə Monako şəhərində UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq. İkiqat sevindirici məqam odur ki, “Qarabağ”ın da adı püşkdə iştirak edəcək 48 klubun siyahısında var. Bu həm də o deməkdir ki, turnirdə iştirak edən digər komandalar kimi, “Qarabağ” da Avropa Liqasının Bakıda keçiriləcək final oyununa yüksəlmək şansına malikdir. Heç şübhəsiz, bu, ölkəmizdəki hər bir futbolsevərin arzusudur. Arzumuzun həyata keçməsinə ümidlə ölkəmizin futbol ictimaiyyəti adından “Qarabağ”a qarşıdakı avrokubok oyunlarında uğurlar arzulayır, Avropa Liqasında keçirəcəyi oyunların sayının çox olmasını arzu edirəm”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır