Füzuli Məmmədov vitse-prezidentlikdən qovuldu - FOTOLAR
Avropa Azərbaycanlılar Konqresinin (AAK) I vitse-prezidenti Füzuli Məmmədov (Frenk Elkaponi) vəzifəsindən kənarlaşdırıldı.
Yenicag.az-a AAK-dan daxil ola məlumata əsasən, bu barədə qərar İdarə Heyətinin dünən keçirilmiş iclasında qəbul edilib.
Qərarda Füzuli Məmmədovun AAK-dan uzaqlaşdırılmasının əsas səbəbi kimi onun pozuculuq fəaliyyəti və Nizamnamənin tələblərini pozması göstərilib:
“Məmmədov Füzuli 1 mart 2017-ci ildən bəri Avropa Azərbaycanlılar Konqresinin I Vitse-prezidenti vəzifəsinə seçilmişdir. Həmin vaxtdan Füzuli Məmmədov üzərinə düşən vəzifəni yerinə yetirməməklə yanaşı AAK Nizamnaməsinə zidd fəaliyyət göstərib, Konqresin heç bir fəaliyyətində yaxından iştirak etməyib, AAK İdarə Heyətinin toplantılarına biganə yanaşaraq, iştirak etməkdən imtina edib, AAK Konqresinin müxtəlif ölkələrdə keçirilən görüşlərinə qatılmayıb”.
Qərarda daha sonra Füzuli Məmmədovun qatılmaqdan imtina etdiyi AAK tədbirləri sadalanıb və onun İdarə Heyəti üzvlərinin Barselonada keçirdiyi görüşlər barəsində KİV-ə böhtan xarakterli açıqlamalar verdiyi qeyd olunub.
AAK İdarə Heyəti Füzuli Məmmədovun bu və Nizamnaməyə zidd digər davranışlarını əsas götürərək, onun AAK İdarə Heyəti üzvlüyündən və I Vitse-prezident vəzifəsindən azad olunması haqqında qərar qəbul edib. Məmmədovun barəsində qəbul edilmiş bu qərarı İdarə Heyətinin 9 üzvündən 8-i dəstəkləyib, 1 nəfər isə bitərəf qalıb.




Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır