İdmançılarımız yeni federasiyanın açılışında – FOTOLAR
Ötən gün Bakı Biznes Universitetində “Wing Chun” Döyüş Sənəti Federasiyasının açılması ilə bağlı mətbuat konfransı keçirilib.
Primetime.az xəbər verir ki, bu döyüş sənəti 10 ildən artıq Azərbaycanda tədris olunmağa başlayıb. Artıq bu ildən etibarən isə federasiya kimi fəaliyyət göstərir.
Tədbirə dəvət olunmuş qonaqlar arasında Bakı Şəhər Baş İdman İdarəsinin rəisi Raqif Abbasov yer alıb. O federasyanın təşkilatçılığı ilə mütamadi olaraq paytaxt və ölkə çempionatlığının keçiriləcəyinin və regionlarda da nümayəndəliklərin yaradılacağını söyləyib:
“İnşallah uğurlarınız bol olar. Bu federasyada yetişən idmançılarımız bütün yarışlarda bizim dövlət himnimizi səsləndirər”.
Daha sonra idarə heyətinin üzvlərinə vəsiqələr təqdim olunub.
Keçirilən mətbuat konfransında federasiyanın gələcək planları və qarşısına qoyduğu məqsədlər haqqında federasiyanın prezidenti beynəlxalq dərəcəli usta Asif Sayadov ətraflı məlumat verib.
Tədbirə dəvət olunmuş qonaqlar arasında millət vəkili Ülvi Quliyev, məşhur idmançılarımız Elnur Məmmədli, Rafael Ağayev, Eduard Məmmədov, Rəşad Əhmədov, Hacı Əliyev, Nizami Paşayev, Şahin İmranov, Elçin Eminov və başqaları yer alıb.






Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır