Bakının “qara siyahısı”ında olan məşhur jurnalist Strasburqda ölü tapıldı
Dünyanın məşhur teleaparıcısı, “CNN İnternational” kanalında yayımlanan “Parts Unknown” proqramının müəllifi, ötən il Azərbaycanın işğal altındakı ərazilərinə səfər edib erməni separatçılarını təbliğ etdiyi üçün Bakının “qara siyahısına” düşən Entoni Bourdain Fransada ölü tapılıb.
Xarici KİV-lərə istinadən xəbər veririk ki, aparıcısı olduğu proqramla bağlı çəkilişlər üçün Fransanın Strasburq şəhərində olan 61 yaşlı Bourdain qaldığı oteldə asılımış vəziyyətdə tapılıb. ABŞ mətbuatı Bourdainin karyerası boyu narkotik asılılığından əziyyət çəkdiyini və özünü asaraq intihar etdiyini bildirir.
Entoni Bourdain ötən ilin oktyabrında ABŞ-dakı erməni diasporunun təşkilatçılığı ilə işğal altındakı Dağlıq Qarabağa səfər edib. Özünün social şəbəkə hesabında Şuşadan və digər yerlərdən çəkilmiş fotoları paylaşıb. O, “erməni milli mətbəxinin nümunələrini” təbliğ edib. Bundan sonra Azərbaycan XİN CNN aparıcısını qara siyahıya daxil etmişdi.
Bourdain müxtəlif dünya ölkələrinə səyahət edirdi və az tanınan yerlər, mədəniyyətlər və mətbəxlər barədə tamaşaçılarını məlumatlandırırdı.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır