Qurban Qurbanov daha bir futbolçunu cəzalandırdı
Elvin Yunuszadəni bağışlayan Qurban Qurbanov "Qarabağ”ın daha bir futbolçusunu cəzalandırıb.
xalqxeber.az sport7.az-a istinadən xəbər verir ki, Mahir Mədətov intizamsızlıq etdiyinə görə əsas heyətdən kənarlaşdırılıb. Mahir sonuncu dəfə "Keşlə” ilə oyunda əsas komandanın heyətində meydana çıxıb. "Səbail”lə oyunda isə Ağabala Ramazanov və Coşqun Diniyevlə birlikdə əvəzedicilərin 2:1 hesablı qələbəsində iştirak edib.
Mahirin əvəzedici komandaya göndərilməsi Ramil Şeydayevin yolunu açıb və "Kəpəz”lə oyundakı qələbə qolunun müəllifi bu şansdan lazımınca yararlanıb. Məlumata görə, Mahirin əvəzedici heyətə göndərilməsi bu komandanın baş məşqçisi Aftandil Hacıyev üçün də gözlənilməz olub.
Mahirin özü isə səhvini başa düşdüyünə görə taleyi ilə barışmalı olub. Mədətovun cəzalanmasının məşqə gecikməsiylə bağlı olduğunu bildirir. Son vaxtlar bu hal bir-neçə dəfə təkrarlandığından Qurban Qurbanov sərt addımlar atmağa məcbur olub.
Mahir Mədətovun nə vaxt əsas komandaya qayıdacağı məlum deyil.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır