Rəşad Sadiqov azarkeşləri təhqir etdi, 3 oyunluq cəzalandı
AFFA İntizam Komitəsi “Qəbələ” – “Zirə” matçı ilə yanaşı digər oyunlar barədə də qərarlar qəbul edib. “Neftçi”nin futbolçusu Rəşad Sadiqov azarkeşləri təhqir etdiyinə görə 3 oyunluq cəza alıb.
Topaz Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyunun 60-cı dəqiqəsində "Neftçi" klubunun 6 №-li futbolçusu Rəşad Sadiqov azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 42.1).
“Sumqayıt” klubunun baş məşqçisi Samir Abasovuntexniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 62).
Əvəzedici heyətlərin XVI turunun “Kəpəz” – “Keşlə” matçında “Keşlə” klubunun 77 №-li futbolçusu Oleq Hüseynov rəqib futbolçuya qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 42.1).
I Divizionun XIV turunun “Turan Tovuz” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun XIV turunun “Xəzər” – “Sabah” matçının 83-cü dəqiqəsində “Sabah” klubunun 3 №-li futbolçusu Şirməmməd Məmmədovun ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır