Azərbaycancda boksçular arasında QALMAQAL: - "Hədələyib, arenadan çıxardı"
Başa çatan kişi boksçular arasında ölkə çempionatı qalmaqalının mövzusu davam edir.
Məşqçilərin etirazı, hakimlərin qərəzli qərarı idmançılar və idman xadimləri ilə yanaşı azarkeşlərin də narazılığına səbəb olub.
Qalmaqalın səbəblərindən biri də ölkəmizə tanış olmayan əcənəbi idmançıların yarışda çıxış etməsi və yerlilərin yerini zəbt etməsi göstərilir.
Azarkeşlərdən Nazim adlı şəxsin Unikal.org-a bildirdiyinə görə, boksçularla görüşüb şəkil çəkdirmək istəyən zaman arenadakı mühafizəçilər onlara mane olub. Azarkeş bildirir ki, asayiş keşikçiləri onları yanlış anladığı üçün hədələyib, arenadan çıxardı.
Yarış zamanı qalmaqal bununla da bitməyib. Belə ki, orta çəkilərdə problem yaşanıb. Problem yaşanan görüşlərdən biri də 69 kq çəki dərəcəsində Elnur Süleymanovla Nicat Məmmədovun döyüşü olub.
"Gilan”ın üzvü Süleymanov ilk raundlarda rəqibindən geri qalsa da 3-cü hissədən üstünlüyü ələ alıb, rəqibini noqdauna salıb. Ancaq nədənsə hakim onun qələbəsini görməzdən gəlib. Bununla da qələbəni noqdauna düşən Nicat Məmmədova veriblər. Təbii ki, bu da haqlı olaraq "Gilan” klubunun məşqçilər heyətinin narazılığına səbəb olub. Narazı olan heyət ABF-nin 1-ci vitse-prezidenti Ağacan Abıyevə şikayətini dilə gətirib. Daha sonra xallar yenidən hesablanıb və qələbə Məmmədova verilib.
Növbəti qalmaqal 81 kq çəki dərəcəsində baş verib. Rauf Rəhimov özündən zəyif hesab etdiyi Eldar Quliyevə məğlub olduğunu qəbul etməyib. Hakimlərin görüşə qərəzli yanaşdığını bildirib.
İslam Həmrəylik Oyunlarının mükafatçısı Rəhimov qoruyucu dəmirə təpik vurub, stollara yumruq zərbəsi endirib. "Qəbələ”nin boksçusu bu qərəzli qərarı şərəfsizlik adlandırıb.
Qeyd edək ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 39 komandanın 203 boksçusu qüvvəsini sınayıb. 6 gün davam edən turnirdə 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır