Nərimanov rayonunda Şahmat Festivalı keçirilib
25 dekabr 2017-ci il tarixdə Nərimanov Beynəlxalq İstək Liseyində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Ağ Top” Şahmat Klubunun birgə təşkilatçılığı ilə “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibəti ilə Şahmat Festivalının mükafatlandırma mərasimi keçirilib.
Festivalın bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, “Ağ Top” Şahmat Klubunun direktoru Cavanşir Bağırov, İstək Beynəlxalq Məktəbinin rəhbəri Samir Həsənov və digər natiqlər iştirakçıları salamlamış, onları qarşıdan gələn “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə təbrik etmiş və ölkədə həyata keçirilən gənclər və idman siyasətindən, bunun nəticəsi olaraq gənclərimizin ölkə daxili, o cümlədən, xarici layihələrdə daha aktiv iştirakından danışmışlar.
Qeyd edək ki, festival 20-25 dekabr 2017-ci il tarixlərində keçirilib və festivalda 50 nəfər uşaq və yeniyetmə iştirak edərək IV, III və II dərəcə uğrunda öz bacarıqlarını nümayiş etdirmişlər.
Sonda qalib gəlmiş uşaq və yeniyetmələr təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal və kuboklarla, eyni zamanda festivalın bütün iştirakçıları sertifikatlarla təltif edilmişlər.





Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır