Prezident müğənni Cəmilənin həyat yoldaşını təltif etdi - FOTO
Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Prezident İlham Əliyev tərəfindən təltif edilənlər arasında tanınmış sənətçilərin ailə üzvləri də var.
Azərbaycan Prezidenti ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə "Əməkdar Həkim" fəxri adının döş nişanını və vəsiqəsini təqdim etdiyi Kamil İsgəndərov tanınmış müğənni Cəmilə İsgəndərovanın ("Elit star" Cəmilə) həyat yoldaşıdır. Bu barədə saytımıza danışan sənətçi sevincini paylaşıb:
"Çox sevincliyəm. Çünki həyat yoldaşım uzun illərdir ki, çəkdiyi zəhmətinin bəhrəsini gördü. Bu onun üçün böyük hədiyyədir. Ailəmiz adından Cənab Prezidentə təşəkkürümü bildirirəm. Bu, həm də mənim uğurumdur. Çünki Kamil yarışlara gedəndə günlərlə evdə tək qalmışam, əziyyətlərimiz olub. Ancaq bu hədiyyə bütün əziyyətləri unutdurdu".
Qeyd edək ki, C.İsgəndərovayla K.isgəndərovun iki övladı, dörd nəvəsi var.


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır