Rusiya şokda - Olimpiadadan kənarlaşdırıldı,15 milyon ödəməlidir
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən iclasında dopinq qalmaqalı ilə bağlı Rusiya yığmasının 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına qadağa qoyub.
Rusiya KİV-nə istinadən verdiyimiz məlumata görə, bu barədə BOK-un saytında yerləşdirilmiş məlumatda bildirilir.
Qeyd olunur ki, oyunlarda Rusiya bayrağının dalğalandırılmasına və Rusiya himninin səsləndirilməsinə qadağa qoyulub.
Həmçinin bildirilir ki, oyunlarda olimpiya bayrağı altında yalnız “təmiz” (doppinq qalmaqalında adları hallanmayan) rusiyalı idmançılar iştirak edə bilərlər.
Qərara əsasən, Rusiya baş naziri Vitaliy Mutko Olimpiadada iştirakdan ömürlük məhrum olunub.
Analoji sanksiyalar keçmiş idman naziri Yuriy Naqornıxa da şamil olunub.
2014-cü ildə Soçi şəhərində keçirilən Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etmiş Dmitriy Çernışenko 2022-cü ildə Pekində keçiriləcək Olimpiya Oyunlarının əlaqələndirmə komissiyasının tərkibindən çıxarılıb.
Eyni zamanda, Rusiya anti-dopinq qaydalarının pozulması hallarının araşdırılmasına çəkilmiş xərclərin ödənilməsi üçün Müstəqil Anti-dopinq Komissiyasına (ITA) 15 milyon dollar ödəməlidir.
Qeyd edək ki, Qış Olimpiya Oyunları 2018-ci il 9-25 fevral tarixlərində keçiriləcək.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır