Gəncədə yoxlama başladı: Mənsurə Məmmədova işdən çıxarılır
Mikayıl Nərimanoğlunun "Kəpəz"in Müşahidə Şurasının üzvlüyündən kənarlaşdırılmasından sonra klubda yaranan gərginlik davam edir.
Əldə etdiyimiz məlumata görə, artıq klubda yeyintilərin olması təsdiqlənib. Gəncədəki mənbənin verdiyi məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin və klub rəhbərliyinin tələbi ilə kluba audit yoxlaması gəlib.
Ötən gündən etibarən klubda yoxlamalar başlayıb. Mənbə bildirir ki, yoxlamalar başa çatandan sonra bəzi şəxslər vəzifələrini itirməli olacaq. Bunlardan biri Mənsurə Məmmədovadır. Klubun maliyyə meneceri kimi bütün sənədlərə o imza atıb və möhür vurulub. Buna görə də xanım menecer yeyintilərə görə günahkar hesab olunur və işdən azad olunacaq.
Düzdü, Mənsurə Məmmədova bir müddət əvvəl müsahibəsində məsuliyyəti öz üzərindən atmışdı. Xanım müsahib bildirmişdi ki, bütün tapşırıqları Mikayıl Nərimanoğludan alıb və hesabdan artıq pulların çıxarılması AFFA-nın baş katibi Elxan Məmmədovla razılaşdırılıb: "Şahin Diniyevdən və başqa məşqçilərdən pul tutulması düz söhbətdi. Səbəbini soruşanda Mikayıl müəllim "Mənsurə xanım, bilirsiz ki, xərclərimiz çoxdu. Sizə nə deyirəmsə, onu da edin. Bütün rəqəmlər "yuxarı” ilə dəqiqələşib” söyləyirdi. Rəhbər belə deyəndən sonra nə etməliydim? Şahin Diniyevin 7 min manat maaş aldığını bilirdim. Ancaq karta köçürülən 10 min 500 manatdan kimə nə verdiyini bilməmişəm. Mənə konkret siyahı gəlirdi. O siyahıya uyğun da pulları kartlara otuzdururdum. Mühasib kimi işim hesabatları, vergini vaxtında hazırlayıb lazımi yerlərə verməkdi. Mənim nəyimə lazımdı, kim aldığı pulu hara sərf edir. Bir sözlə, mühasib kimi öhdəmə düşən işi layiqincə yerinə yetirmişəm".
Qaynarinfo

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır