Leyla Əliyevadan gənc futbolçulara dəstək - FOTO
6 noyabrda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın adından Bakının Xəzər rayonunda yerləşən stadionunda yeniyetmə futbolçular üçün idman inventarı təqdim edilib.
Leyla Əliyevanın Azərbaycanda gənclər arasında sağlam həyat tərzinin təbliğ və təşviq edilməsinə xüsusi diqqətini nəzərə alaraq, Kəndlər Futbol Federasiyası və Xəzri İdman Klubu yeniyetmə idmaçılara maddi yardımın göstərilməsi ilə bağlı ona müraciət ediblər.
Tələb olunan idman ləvazimatları gənc futbolçuları məşq prosesi zamanı ziyarət edən IDEA İctimai Birliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin nümayəndələri tərəfindən təqdim edilib.
IDEA İctimai Birliyi yarandığı tarixdən gənc nəslin sağlam və məsuliyyətli inkişafı məsələləri təşkilatın həyata keçirdiyi layihələrin tərkib hissəsini təşkil edir. Bu istiqamətdə fəaliyyətin gücləndirilməsi üzrə IDEA ilə yeni yaradılmış “Cavan” Gənclər Hərəkatı arasında əməkdaşlıq edilməsi, birgə layihələrin reallaşdırılması nəzərdə tutulur.




Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır