“Bu ləkə ilə yaşamaq istəmirəm” - Rəşad Sadıqov+Video
Azərbaycan millisində Çexiyaya qarşı matçda son oyununu keçirən Rəşad Sadıqov “CBC Sport” kanalında yayımlanan “Bizim futbol” verilişinin qonağı olub. “Qarabağ”ın kapitanı indiyə qədər yığma komandada baş verənlər və haqqında yayılan söz-söhbətlərdən danışıb.
Sadıqov Şahin Diniyevin Azərbaycan millisində olduğu vaxtlarda ona qarşı çıxması ilə bağlı deyilənlərə də aydınlıq gətirib: “Deyirlər ki, Ukraynaya 0:6 uduzduğumuz oyunda soyunub-geyinmə otağında demişəm ki, böyük hesabla uduzmalıyıq. Bunu sübut edən biri var? Orada olan 18 futbolçudan biri çıxsın təsdiqləsin. Mən həmin yerdə olmayacam, adını bilməyəcəm, amma təsdiqləsinlər.
Adamın üzərinə ləkə yaxırlar. Belə ləkə ilə nəinki futbol oynamaq yaşamaq belə istəmirəm. Ən axrıncı variant kimi deyirdilər ki, ölkə bayrağına hörmətsizlik etmişəm. Kimin yanında etmişəm? Əgər mən etmişəmsə, digərləri qarşımı almayıbsa, deməli onlar da hörmətsizlik ediblər. Sonradan bunu bilənlər məni cəzalandırmayıbsa, onlar da hörmətsizlik ediblər. Danışılası çox şey var”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır