Elman Rüstəmovun qurumunda qadağa – “DANIŞSANIZ...”
Elman Rüstəmovun rəhbəri olduğu Azərbaycan Şahmat Federasiyası tərəfindən şahmatçılara qadağa qoyulub.
Unikal.org-un əldə etdiyi məlumata görə, ötən il qurumun maddi və digər problemlərinin mətbuatda işıqlandırılması buna səbəb olub.
Belə ki, federasiya tərəfindən yerli şahmatçılara tapşırılıb ki, heç kim mətbuata açıqlama verməsin.
Məlumatda bildirilir ki, tanınmış şahmatçılardan kiminsə müsahibəsi hansısa mətbuat orqanında yayımlanarsa, bunun nəticə onun üçün heç də xoş olmayacaq.
Məsələ ilə bağlı Azərbaycanın tanınmış qrossmeysteri Şəhriyar Məmmədovla əlaqə saxlamaq istədik.
Suallarımızı cavabsız qoyan “Şah” ləqəbli qrostmeysterimiz “təəssüflər olsun ki, olmur” deməklə cavab verməkdən boyun qaçırıb.
Şahmatçılar dekabr ayını gözləyir. Çünki dekabr ayında ev alacaq idmançıların siyahısı bilinəcək. Amma ev alanlar sıyahısına federasiya bir nəfəri əlavə edəcək. O, şahmatçı da ola bilər, məşqçi də…
Hazırda maaşların böyük qismi verilsə də, borclar tam ödənilməyib.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası ötən il şahmatçılara verdiyi sözü tutmamaqla, maaşları gecikdirməklə gündəmə gəlmişdi. Hətta qurum şahmatçılara ev verəcəyini demiş, ancaq bu vədinə də xilaf çıxmışdı.
Ötən il qrossmeyster Gülnar Məmmdova da federasiyanın sözünün üstündə durmadığını, ev veriləcəyi deyilsə də adının siyahıya əlavə olunmadığını bildirmişdi.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır