Kəmaləddin Heydərovun qudası Azərbaycana 500 minlik idmançı gətirir
Məlumdur ki, Rio Olimpiya Oyunlarından sonra Azərbaycan Avarçəkmə Millisinin iki əsas üzvü Valentin Demyanenko (2005-2016) və İnna Osipenko-Radomskaya (2014-2016) karyerasını başa vurub.
Bu səbəbdən olimpiya mükafatçılarının getməsindən sonra milli komandada böyük boşluq yaranıb. Boşluğu aradan qaldırmağa çalışan Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəhbərliyi yeni idmançı axtarışına çıxıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, yeni idmançıların "milliləşməsi” üçün rəhbərlik təxminən 450-500 min manat dəyərində büdcə ayırıb.
Hazırda federasiya yeni namizədlər üçün seçim edir.
Milliyə yeni idmançıların gətiriləcəyi ilə bağlı xəbəri AMAF-ın vitse-prezidenti, "Kür" Olimpiya Tədris İdman Mərkəzinin direktoru Natiq Abbasov açıqlamasında təsdiqləyib. Amma qurum rəsmisi yeni idmançının "milliləşmə” qiyməti və haradan olması barədə dəqiq məlumat vermək istəməyib:
"Doğrudur, milli komandaya yeni idmançılar gətiriləcək. Bu barədə danı.ıqlar aparılır. Amma namizədlərin haradan olması barədə məlumat verə bilmərik. Bu, federasiyanın daxili işidir. Ancaq onu deyə bilərəm ki, bununla bağlı müzakirələr gedir”.
Qeyd edək ki, Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti "İtaldizain Holdinq”in baş direktoru Elçin Zeynalovdur. O, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun qudasıdır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır