“Qarabağ” oyunundan sonra QALMAQAL: "Roma” 1300 bileti geri qaytardı
Xəbər verdiyimiz kimi, "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Roma” ilə qarşılaşıb. Oyun "Roma” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyun bitsə də söz-söhbətlər davam edir. İki azarkeşə eyni biletin satılması və bu biletlə içəri daxil olmaları, stadionda 50 qəpiklik suların 3-4 manata satılması, nəqliyyat problemi…
Bu məsələlərlə bağlı "Qarabağ” klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Unikal.org-a danışıb:
"Stadion ətarfında "qara-bazar”ın olması ilə bağlı biz də məlumat almışıq. Ola bilsin ki bir neçə nəfərin şəxsiyyət vəsiqəsi ilə alınıb, satılır. Əslində içəri daxil olan şəxslərin biletləri şəxsiyyət vəsiqəsi ilə birgə yoxlanılıb. Nəzarət də ciddi olub. Amma necə keçilib onu aydınlaşdırmağa çalışırıq.
İki nəfərə eyni biletin satılmasını da bilmişik. Bütün bu məsələlərlə bağlı müzakirələr olunur, yaxın zamanda bu barədə araşdırıb, açıqlama vercəyik”.
"O ki qaldı azarkeşlərin əllərin 500 ml-lik sularla içəri daxil ola bilməməsinə, bu barədə heç bir qadağa yoxdur. Bəzi əşyalarala içəri daxil olunmaz deyə stadionda plakat var. Amma yarım litirlik plastik su butulkalarına qadağa yoxdur. Həmin suların isə 3-4 manata satılmasından da xəbərim yoxdur. Düzdür, içəridə satış var idi. Azarkeşləri düşünərək bu addımı atmışıq. Qiymətlə bağlı məsələni də araşdıracağıq”.
Klub rəsmisi "Azarkeşlərin yolda qalmasına "Qarabağ”ın BNA-nə pul ödəməməsi səbəb olub” iddiasına da cavab verib:
"Bu barədə heç bir müzakirə olunmayıb. Həmçinin inanmıram ki, pul ödənmədiyi üçün azarkeşləri qarşı belə bir iş görsünlər”.
Nurlan İbrahimov həmçinin bildirib ki, "Roma” tərəfindən 1300-ə yaxın bilet geri qaytarılıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır