AFFA-nın baş katibi "stoyanka" pulu yığır - İDDİA
AFFA-nın baş katibi Elxan Məmmədovun gözü doymur.
Assosiasiya rəsmisi AFFA-nın həyətində yerləşən meydançanı da ödənişli əsaslarla şəhər sakinlərinin ixtiyarına verib.
Burada futbol oynamağın 1 saatı 60 və 80 manat arasında dəyişir. Bundan başqa AFFA-nın Futbol Akademiyasının binasında yerləşən trenajor, sauna və hovuz da ödənişli əsaslarla şəhər sakinlərinin ixtiyarına verilib.
Belə durumda Elxan Məmmədovun AFFA-nın infrastrukdan öz çıxarları üçün istifadə etməsi isə qəbuledilməzdir. Görünür, baş katibin assosiasiya hesabına qazandıqları ilə gözü doymur.
AFFA-ya məxsus meydançanın pulla satılması məsələsində baş katiblə əlbir olan şəxs SMG (“Sport Marketing Group”) şirkətinin direktoru Ayaz Əhmədovdur. O, eyni zamanda Milli Futbol Liqasını təşkil edən şəxsdir. Bu məsələ də Məmmədov Əhmədova öz dəstəyini əsirgəmir. Bir sözlə, dövlət hesabına qurulan meydançalar tərəflərin şəxsi biznes alətinə çevrilib.
Ən gülməli fakt isə ondan ibarətdir ki, AFFA-nın həyətində yerləşən avtomobil dayanacağı da ödənişlidir. Burada avtomobilini yarım saatdan çox saxlayanlar AFFA-nın inzibati binasının 1-ci mərtəbəsində 1 manat ödəniş etməlidir.
yeniçağ.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır