Polkovnik-leytnantı “kasıbçılıq”dan danışdı: - “Kaş ki, pulumuz olardı, onlara maaş verərdik”
Sambo üzrə doqquzqat dünya çempionu, Azərbaycan Sambo Federasiyasının prezidenti, polis polkovnik-leytnantı Ceyhun Məmmədov idmançılara maaş verilməməsinin səbəbini açıqlayıb.
Unikal.org-a danışan keçmiş idmançı ciddi maliyyə sıxıntısı yaşadıqlarını etiraf edib.
O, bildirib ki, federasiyada heç bir idmançıya maaş verilmir: "Məşğul olduğumuz qeyri-olimpiya idman növüdür deyə, dövlət tərəfindən bizə maaş ayrılmır. Bəzən sponsorlar olur, onlardan maliyyə alırıq. İlin sonunda baxırıq, yaxşı nəticə verən idmançılara yüngül mükafatlar təqdim edirik. Kaş ki, bizim də maliyyəmiz olardı, idmançılara maaş verərdik. Təəsüüf ki, nə özmüzün pulu var, nə də başqa yerdən gəlirimiz”.
Sambo üzrə doqquzqat dünya çempionu Ceyhun Məmmədov 2019-cu ildə keçriləcək II Avropa Oyunlarına hazırlaşdıqlarını, bunun üçün də həmişə olduğu kimi əcnəbilərə yox yerli gənc idmançılara üstünlük verəcəklərini açıqlayıb: "Kim güclüdürsə, o da yarışa yollanacaq”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır