Futbolçumuz niyə oğurluq edib? – Səbəb
U-21 millimizin sabiq üzvü Nicat Muxtarovun kabel oğurluğu ittihamı ilə həbs olunması hamını təəccübləndirib.
Muxtarov ötən mövsümün 26-cı turunda hakimləri təhqir etməsinə görə 4 oyunluq cəzalandırılıb və 3200 manat cərimə olunub.
Ötən mövsümün son iki turunda, eləcə də bu mövsüm "Sumqayıt”ın "Kəpəz” və "Qəbələ” ilə oyunlarında meydana çıxmayan Nicat cəzasını çəksə də, pul AFFA-ya ödənilməyib.
Futbol+ qəzetinin araşdırmasını görə, "Sumqayıt”dan ona bildiriblər ki, cəriməni özü ödəməlidi və nə qədər ki, pulu ödəməyib PFL onun meydana çıxmasına icazə verməyəcək.
Qəzetə məlumat verən mənbə iddia edib ki, futbolçu "Sumqayıt”la müqaviləsini qarşılıqlı razılıq əsasında pozmaq istəyib, amma onu buraxmayıblar. 3200 manatı tez düzəltmək, meydana çıxmaq həvəsiylə dost-tanışa ağız açan Nicat yekunda uşaqlıq dostlarının təklifi ilə oğurluğa əl atıb. Nəticədə isə özü dəmir barmaqlıqlar arasına düşüb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır