XalqXəbər.Az

www.XALQXEBER.az » İdman » Dördqat dünya çempionundan SƏRT REAKSİYA: - “İdmançını kimin üçün yetişdirim?”

Dördqat dünya çempionundan SƏRT REAKSİYA: - “İdmançını kimin üçün yetişdirim?”

Dördqat dünya çempionundan SƏRT REAKSİYA: - “İdmançını kimin üçün yetişdirim?”
18-09-2017, 16:24

Uzun müddətdir diqqətdən kənar qalan ağır atletika üzrə dördqat dünya çempionu Nizami Paşayev federasiya ilə bağlı sərt danışıb.

Fikrlərini bölüşən keçmiş idmançı federasiyanın viste-prezidenti Tofiq Heydərovla yola getməməsinin səbəbini də açıqlayıb:
"Doğrudur, idman sahəsindən tam uzaqlaşmışam. Bu gün Ağır Atletika Federasiya ilə əlaqəm yoxdur. Vitse-prezident Tofiq Heydərovla mən çoxdan yola getmirəm. Amma federasiya ilə münasibətimdə hər şey yaxşı idi. Sadəcə olaraq qurumun rəhbəri Cahangir Əsgərov belə qərar verdi və məni uzaqlaşdırdı. Qurum rəhbəri nə qərar verdisə, ona əməl etdik”.

O, idmançı yetişdirməməsininin səbəblərini belə izah edib: "Kimin üçün idmançı yetişdirim? Mən hazırlayacam, təcrübəsiz məşqçilərə, milli komandaya verəcəm. Onlar da məhv edəcəklər. Buna görə belə bir istəyim də qalmayıb. Bilsəm ki, yetişdirdiyim idmançını təcrübəli əllərə həvalə edirəm, dünya səviyyəsinə çıxaracaqlar, o zaman canla-başla çalışaram, yaxşı idmançı hazırlayaram...
2009-cu ilə kimi Azərbaycanda yeniyetmələrdən ibarət ağır atletika millisi yox idi. Mən yeniyetmələrin məşqçisi olarkən onları dünya səviyyəsinə çıxardım. Öz təcrübəmi sözlə yox, əməllə sübut etmişəm.
Hazırda federasiyada demək olar ki, idmançı yox səviyyəsindədir. Bu gün ağırlıqqaldırma sahəsində idmançı qalmayıb. Qalanlardan biri Rövşən Fətullayevdir. Onun da 30 yaşı var, zədəsinə görə çiynindən əməliyyat olundu. Bundan sonra olimpiya çempionu olası deyil. O, İslam Oyunlarında bürünc mükafat qazandı. Həmin göstərici ağır atletika üzrə dünya çempionatında heç 15-ci yer də sayılmır.
Dedilər ki, dopinqdən təmizlənəcək. Amma fakt göz qabağındadır, nələr baş verdiyini hər kəs gördü. Sözlə əməlləri eyni gəlmədi”.

Nizami Paşayev idmandan uzaqlaşdıqdan sonra nə işlə məşğul olmasından da danışıb: "İdman sahəsindən heç bir gəlirim demək olar yoxdur. Özümün yüngül biznesim var, gəlirim oradandır. Bir də dünya çempionluqlarına görə MOK-dan aylıq 200 manat pul kəsiblər (gülür)”.

Unikal.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.