"Elxan Məmmədov “Şəmkir”i yüksək liqada görmək istəmədi” - Klubun prezidentindən ŞOK AÇIQLAMA
Bir müddət əvvəl I divizyonda çıxış edən "Şəmkir” futbol klubunun prezidenti Elvin Səfərovun borcları üzündən ölkəni tərk etdiyi bildirilirdi. Onun klubun futbolçularına və digər üzvlərinə borclu olduğu deyilir.
Azərbaycandan qaçıb Türkiyədə yaşadığı iddia edilən Elxan Səfərov açıqlamasında Azərbaycandan qaçmadığını, işləri ilə əlaqədar olaraq başqa ölkəyə getdiyini vurğulayıb:
"Azərbaycandan qaçmamışam. Yalan xəbərdir. Bütün bu söz-söhbətlərin hardan qaynaqlandığını başa düşə bilmirəm. Türkiyəyə işlə bağlı gəlmişəm. Mənim və sponsorun klubun dağılmasında günahı yoxdur. Buna səbəb olanlar var, bizi məcbur etdilər. Gördük ki, I divizyona pul xərcləməyin mənası yoxdur.
Ötən il biz məqsədimizi ən başda açıqlamışdıq. Bildirmişdik ki, hədəfimiz elitaya yüksəlməkdir. Komandamızı orada görmək üçün çalışırdıq. Amma anladıq ki, nə ədalət var, nə də hörmət... Nədənsə
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov "Şəmkir”i yüksək liqada görmək istəmədi”.
Unikal.org

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır