Rəşad Sadıqovun komandası darmadağın oldu
Bu gün “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq.
Rəşad Sadıqovun komandası səfərdə "Çelsi"dəki həmyaşıdları ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 16:05-də başlayacaq.
12 sentyabr
UEFA Gənclər Liqası
16:05. "Çelsi” (İngiltərə) – "Qarabağ” (Azərbaycan)
"Çelsi” klubunun təlim-məşq mərkəzinin stadionu
Hakimlər:Robert Hennessi, Darraq Kiqan, Darren Keri
Artıq qarşılaşma üçün heyətlər açıqlanıb:
“Çelsi”: Kamminq, Ceyms, Kolli, Çaloba, Dasilva, Ampadu, Sterlinq, Makkormik (k), Teylor-Krossdeyl, Meddoks, Xadson-Odoi
Ehtiyat oyunçular: Bulka, Familio-Kastilyo, Braun, Makikran, Qei, Qallaxer, Qrand
“Qarabağ”: Məmməd Hüseynov, Turan Manafov, Süleyman Əhmədov, Oliver Stoymenovski,Zaur Fərzəliyev (k), Əsgər Hüseynov,İbrahim Qədirzadə, İbrahim Əliyev, Elçin Əsədov,Boyan Miovski,Yusif Həsənov
Ehtiyat oyunçular: Rəhim Rəhimli, Rahid Ağazadə, Ülvi İbrahimov, Əli Əliyev, Famin Əliyev, İbrahim Hüseynov, Taleh Rzayev
Matçın start fiti verildi
***
Qurban Qurbanovun oğlu Musa Qurbanlı matçın iştirak ərizəsinə salınmayıb.
***
Görüşün birinci hissəsində hesab açılmayıb.
Hazırda matçın ikinci hissəsi davam edir.
***
İbrahim Qədirzadə 49-cu dəqiqədə qırmızı vərəqə alıb.
***
54-cü dəqiqədə Hudson Odoi qol vuraraq "Çelsi"ni önə keçirib.
***
63-cü dəqiqədə Luk MakKormik hesab arasındakı fərqi 2-yə çatdırıb.
***
Luk MakKormik 71 və 74-cü dəqiqədə vurduğu qollarla komandasını 4-0 önə keçirib.
***
80-ci dəqiqədə Çarli Braun 5-ci qolu vurub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır