Azərbaycan çempionatının oyunları qumara qoyulacaq... - İLGİNC
Futbol üzrə Azərbaycan çempionatının I divizionun 2017/2018-ci illər mövsümündə çıxış edəcək komandalardan biri də “Binə” klubudur.
İnsafən, komanda ilk baxışdan xoş təsir bağışlayır. Klubun rəsmi saytı, “facebook” səhifəsi, gözəgəlimli formaları, Gürcüstanda təlim-məşq toplanışı və s. bu kimi məsələlər I divizion səviyyəsini aşır. Belə vəziyyətdə I divizionda məhz səviyyəli komandanın çıxış edəcəyini düşünə bilərik. Amma…
Əmması budur ki, “Binə” klubuna Azərbaycan futbolunda oyun alqı-satqısı ilə ad çıxartmış Sərdar Bağırov nəzarət edir. Əldə etdiyimiz məlumata görə, kluba sponsorluq edən Bağırov, yenidən ölkə futbolundan istifadə etməklə cibini doldurmağı planlaşdırır.
Bu, o Sərdar Bağırovdur ki, onun prezidenti olduğu “Şərurspor” klubu ötən mövsüm çempionatdan oyun alqı-satqısına görə qovulub. Görünür, Bağırovun dişində şirə qalıb.
Onu da öyrəndik ki, klubun Gürcüstana təlim-məşq toplanışına yollanması heç də əbəs yerə deyilmiş. Bizdə olan məlumata görə, “Binə”nin yoxlama matçlarından da qumar məqsədi ilə istifadə edilib. Söhbət son Gürcüstan çempionu “Samtredia” ilə oyundan gedir. Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab matçında səfərdə “Qarabağ”ın 1:0 hesabı ilə məğlub etdiyi “Samtredia”ya “Binə” 3 (!) cavabsız qol vurub! Bunda başqa Sərdar Bağırovun sponsoru olan klub Gürcüstandakı təlim-məşq toplanışı çərçivəsində Batumi “Dinamo”su ilə də iki dəfə qarşılaşıb. Maraqlıdır ki, yeni yaradılan klub gürcülərə hər iki görüşdə qalib gəlib – 4:0 (!) və 1:0.
Maraq üçün onu da bildirək ki, “Binə”nin heyətinə cəlb olunan futbolçuların çoxu ötən mövsüm “Şərurspor”da çıxış edənlərdir.
Təbii ki, hər kəs çempionatın şəffaf keçirilməsini istəyir. Sərdar Bağırov kimi işbazlar öz məqsədləri üçün Azərbaycan futbolunun yox dərəcəsində olan imicini korlayacaqsa, aidiyyatı qurumlar vaxtında müvafiq addımlar atmalıdırlar. Əgər onlar da Sərdar Bağırovla əlbir deyillərsə…
Xatırladaq ki, Sərdar Bağırov bir müddət əvvəl vergidən yayındığı üçün məsuliyyətə cəlb olunub. Lakin sonradan azadlığa buraxılıb.
Yenicag.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır