“Prezidenti məyus etmədiyim üçün xoşbəxtəm...” - Əfran İsmayılov
Xəbər verdiyimiz kimi, DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması San-Marino üzərində 5:1 hesablı qələbə qazanıb. Bu matçda son aylarda hər kəsin tənqid hədəfinə çevirilən “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov 2 qol vurmaqla diqqət çəkib.
O, açıqlamasında prezident İlham Əliyevlə görüşün ona motivasiya verdiyini deyib: “Ölkə başçısının qəbulunda olmaq hər birimizin arzusudur. Belə bir görüşdə olarkən yaşadığımız hissləri anlamaq üçün elə bir qəbulda olmaq lazımdır. Sevindirici haldır ki, prezident mənimlə təkbətək söhbət etdi və təriflədi. Məhz bu matçlara daha yaxşı motivasiya olmağımda rol oynadı. Təbii ki, dünən vurduğum qollarda o sözlərin də motivasiyası böyük idi. Xalqımızı, prezidentimizi sevindirdiyim üçün şadam”.
Əfran dünənki qələbəyə görə özünü xoşbəxt hesab etdiyini qeyd edib:
“Dövlət başçısı ilə görüşün görüntülərini hamınız izləmisiniz. Prezidentimiz bizim oyunlarımızı izləyir. Onun idmana böyük diqqəti və qayğısı var. Bunu görməmək mümkün deyil. Bizə göstərdiyi diqqət həmişə hiss olunur. Düşünürəm ki, dünənki oyuna da baxıb. Biz də onu məyus etmədiyimzi üçün xoşbəxtik”.
“Qafqazinfo”

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır