“Qarabağ”ın Çempionlar Liqasındakı ev oyunları ilə bağlı – XOŞ SÜRPRİZ
“Qarabağ”ın Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib.
Məlumata görə, tarixində ilk dəfə qitənin ən mötəbər klub turnirində çıxış edəcək Ağdam təmsilçisi rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.
Artıq bununla bağlı UEFA ilə razılıq əldə olunub. “Qarabağ”ın Çempionlar Liqasının finalını qəbul etməyə namizəd olan arenada ilk matçı isə sentyabrın 27-də baş tutacaq. Qurban Qurbanovun yetirmələri həmin gün “Roma”nı sınağa çəkəcəklər.
Oktyabrın 18-də “Atletiko” və noyabrın 22-də “Çelsi” ilə görüşlər də ölkənin ən böyük stadionunda oynanılacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionun tamaşaçı tutumu 69 min 870 nəfərdir. “Qarabağ” isə bunadək ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirirdi.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır