“Qarabağ” tarix yaza biləcəkmi?
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
“Qarabağ” səfərdə Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 21:00-da start götürəcək. Bakıda Tofiq Bəhrəmov adına stadionda keçirilən matç qolsuz bərabərliklə bitdiyindən hər iki komandanın mərhələ keçmək şansı var.
“Qarabağ” mərhələni keçəcəyi təqdirdə ölkə futbolunda yeni tarix yazacaq. Çünki indiyədək heç bir klubumuz Çempionlar Liqasının pley-off mərhələsinə yüksələ bilməyib. Daha əvvəl Ağdam təmsilçisi “Zalsburq”, “Seltik” və “Viktoriya” səddində ilişib.
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunu
“Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan)
İlk oyun – 0:0
Baş hakim: Roy Reynşreyber
Baş hakimin köməkçiləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır