“Real Madrid” 15-ci dəfə Çempionlar Liqasının qalibi oldu
UEFA Çempionlar Liqasında final oyunu keçirilib.
İngiltərənin paytaxtı Londondakı "Uembli"də keçirilmiş görüşdə Almaniyanın Dortmund "Borussiya" və İspaniyanın "Real Madrid" komandaları üz-üzə gəlib.
Sloveniyalı referi Slavko Vinçiçin idarə etdiyi qarşılaşma "kral klubu"nun qələbəsi ilə yekunlaşıb - 2:0. Matçda hər iki qol ikinci hissədə vurulub. 74-cü dəqiqədə Dani Karvaxal topu başla tora göndərib, 83-cü dəqiqədə isə Vinisius Junior fərqlənib.
Beləliklə, "Real Madrid" 1 illik fasilədən sonra və tarixində 15-ci dəfə Çempionlar Liqasının qalibi olub. Baş məşqçi Karlo Ançelotti üçün isə bu dördüncü tituldur. Daha öncə italiyalı mütəxəssis 2022/2023 mövsümündə Yürgen Kloppun "Liverpul"unu yenərək "Real Madrid"i 14-cü dəfə çempion edib. Eyni zamanda, o, 2002/2003 və 2006/2007 mövsümlərində İtaliya "Milan"ı ilə də bu titulu əldə edib.
Bu gün UEFA Çempionlar Liqasının final matçında İspaniyanın "Real Madrid" futbol klubu ilə Almaniyanın "Borussiya Dortmund" klubu üz-üzə gəlir.
Oyun Londondakı "Uembli" stadionunda keçirilir və Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Bu final Çempionlar Liqası tarixində 69-cudur. Turnirin ən titullu klubu "Real Madrid"dir, komanda 14 dəfə kuboku qazanıb, həmçinin 3 dəfə Avropanın ən nüfuzlu klub yarışmasının finalında çıxış edib.
Madridlilər sonuncu dəfə 2022-ci ildə Çempionlar Liqasının qalibi olmuşdu, o zaman komanda həlledici görüşdə İngiltərənin "Liverpul"unu (1:0) məğlub etmişdi.
"Borussiya" isə 1997-ci ilin finalında bir dəfə Çempionlar Liqasının qalibi olub, komanda İtaliya "Yuventus"undan güclü olub (3:1). 2013-cü ildə də "Borussiya" finala çıxsa da, Almaniyanın "Bavariya"sına uduzub (1:2).

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır