Boksçumuzdan növbəti qələbə
Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində ikinci döyüşünə çıxıb.
63,5 kq çəkidə mübarizə aparan yığma üzvü 1/16 final çərçicəsində Çol Man Çoe (Şimali Koreya) ilə qarşılaşıb.
Görüş 1:1 (30:27, 28:28, 28:28, 28:28, 28:29) hesabı ilə yekunlaşsa da, hakimlər boksçumuzu üstün hesab ediblər və Həsənov 1/8 finala vəsiqə qazanıb. O, növbəti döyüşündə Şion Nişiyama (Yaponiya) ilə üz-üzə gələcək. Qarşılaşma mayın 29-da olacaq.
Qeyd edək ki, bu gün Şamil Əsgərov (57 kq) və Zeynəb Rəhimova (54 kq) da rinqə çıxacaq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır