Maaş almayan güləşçilər narazıdır, mətbuat konfransı keçirəcəklər
Bir ay sonra sərbəst güləş və yunan-Roma güləşi üzrə dünya çempionatına hazırlaşan idmançılarımız Gənclər və İdman Nazirliyini, habelə bu idman növləri üzrə məsuliyyətli olan aidiyyatı qurumları boykot etməyə hazırlaşır.
"Güclü və əzmli olmaq üçün bizə yaradılan şərait heç ürəkaçan deyil. 12 aydır maaş almırıq. Yemək verilmir, həkimlər, masajistlər yoxdur. Dünya çempionatına qatılmaq üçün hər bir idmançı xərcini özü qarşılayır. Maddi imkanı olmayan isə gedə bilmir. Biz bu məsələ ilə əlaqədar bu və ya digər problemlərin işıqlandırılması üçün mətbuat konfransı təşkil etmişik. Səsimizə səs verən və bayraqlarımızı yüksəklərdə görmək istəyən bütün media nümayəndələrini görüşümüzə səsləyirik".
Mətbuat konfransı sabah 13:00-da "Excelsior" oteldə baş tutacaq.
Musavat.com

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır