AFFA-nın adıyla bağlı ŞOK iddia - Yarım milyon avro mənimsənilib
İspaniya yığmasının 2009-cu ildə Azərbaycan millisi ilə keçirdiyi yoxlama görüşü ilə bağlı şok ittiham ortaya atılıb.
Abc.es saytı bu haqda yazıb. Saytın iddiasına görə, ispanların Bakıya gəlməsi üçün AFFA-dan alınan pulun yarıdan çoxu mənimsənilib. Bildirilir ki, həmin vaxt AFFA qarşı tərəfə bu səfər üçün 700 min avro ödəniş edib.
Lakin bu yaxınlarda korrupsiya əməllərinə görə həbs edilən İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyarın oğlu Qorka Vilyar bu məbləğin yalnız 200 min avrosunu yerli federasiyaya ödəyib. Qalan 500 min avronun "yeyintidə” istifadə edildiyi faktı ortaya çıxıb.
Maraqlıdır ki, bu, Vilyar ailəsinin yeganə qanunsuz hərəkəti olmayıb. Onlar bir neçə dəfə analoji addıma əl ataraq, şəxsi büdcələrini zənginləşdiriblər.
Qorka Vilyar 2012-ci ildə Cənubi Koreya ilə oyun üçün qarşı tərəfdən aldıqları 1,2 milyon avronun da 870 minini İspaniya Futbol Federasiyasının büdcəsinə köçürüb.
Qeyd edək ki, 2009-cu il iyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – İspaniya qarşılaşması qonaqların 6:0 hesablı qələbəsi ilə nəticələnib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır