XalqXəbər.Az

Deputatdan biabırçılıq: Yaqub Mahmudov kitabları üçün tender elan etdi

yüklənir...
Deputatdan biabırçılıq: Yaqub Mahmudov kitabları üçün tender elan etdi
18-06-2019, 22:14
yüklənir...

Deputat, tarixçi Yaqub Mahmudov kitabları üçün tender elan edib

Cahan.info xəbər verir ki, məlumatı təhsil eksperti Etibar Əliyev paylaşıb.

Onun sözlərinə görə, deputat Rasim Musabəyovun popkorn məsələsi bunun yanında “toya getməli”dir. E.Əliyev bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix İnstitutu elmi əsərlərin optimal müddətə və sərfəli qiymətə nəşri və çapının satın alınması məqsədi ilə açıq tender elan edib.

“Orta məktəb şagirdləri də bilir ki, bu institutun direktoru Yaqub Mahmudovdur. Tenderdə iştirak edən kitabların sırasında Y. Mahmudovun kitabları var:

1.Yaqub Mahmudovun tarixçilər məktəbi
2.Biblioqrafiya
3.Tanıdığımız və tanımadığımız Yaqub Mahmudov
4.Şərəfli ömrün bir səhifəsi:Tarix fakültəsi (1986-1990)
5.Akademik Yaqub Mahmudovun elmi yaradıcılığında Qarabağ mövzusu
6.Şəkiyə aid 3 kitab

İnstitut direktoru kitabının nəşri və çapının satın alınması məqsədilə tender elan edir. Tender prosesində maraqların toqquşması məsələsi var. Buna mütləq əməl olunmalıdır. Vallah bu yekəlikdə biabırçılıq və qeyri-ciddilik olmaz”.

Y.Mahmudov həmin deputatdır ki, maaşının azlığından şikayət eləmişdi. Bizim deputatların hərəsinin bir hoqqa ilə gündəmə gəlməsi şou-biznes nümayəndələrini kölgədə qoyub. Bircə tarixçi alimimiz qalmışdı, o da kitablarını tenderlə satışa çıxarır.

Hər halda elm adına rüsvayçılıqdır. Ümumiyyətlə, Yaqub müəllim deputatlıqdan daha çox tarixlə, elmlə bağlı qalmaqallarla gündəmə gəlib.
Bir neçə il əvvəl YAP-ın qurucularından olan rəhmətlik Sirus Təbrizli onu 1991-ci ildə H.Əliyevə yazmaqda ittiham etmişdi. Həmçinin, deputat Fazil Mustafa ilə Yaqub Mahmudov arasında Səfəilər tarixi ilə bağlı bi mübahisə yaranmışdı.

Ümumilikdə, Y.Mahmudov tez-tez gündəmə gələn insan deyil. Tariximiz üçün böyük xidmətləri olub. Ancaq kitablarının tenderə çıxarılması başucalığı gətirmədi.

Cahan.info

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.