SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vətəndaş yol polisindən Ramil Usubova şikayət etdi – “Məni şərləyirlər, 800 manat istəyirlər”

Vətəndaş yol polisindən Ramil Usubova şikayət etdi – “Məni şərləyirlər, 800 manat istəyirlər”

Tarix:

10-04-2018, 09:55

/ 1 903 dəfə oxundu.
Vətəndaş yol polisindən Ramil Usubova şikayət etdi – “Məni şərləyirlər, 800 manat istəyirlər”

Vətəndaş İraqif Əlhüseyn oğlu Hüseynov redaksiyamıza müraciət edərək Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarından şikayət ünvanlayıb

Vətəndaş İ.Hüseynov redaksiyamız vasitəsilə Daxili İşlər Naziri Ramil Usubova ünvanladığı şikayət məktubunda bildirir ki, dörd gün bundan öncə axşam saatlarında yaşadığı Binəqədi rayonu, 7-ci mokrarayon, S.Axundov küçəsində ərazisində, evimin qarşısında dayanıb: “Yəni maşında oturmamışdım. Bu vaxt 10-YP-495 dövlət nömrə nişanlı, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinə məxsus maşın mənə yaxınlaşdı. Maşından yol polisləri düşüb mənə yaxınlaşdılar. Mənə içkili olduğumu dedilər. Mən içkili olmasam da, məni məcbur etdilər ki, içkili olduğu etiraf edim. Təbii ki, içkili olmadığıma görə yol polislərinin də şər-böhtanına etiraz elədim. Sənədlərimi zorla məndən aldılar. Maşınımı da məcburi şəkildə oğluma sürdürüb cərimə meydançasına apardılar. Sonra da mənə dedilər ki, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsində 18-ci otaqda Cavad Qafarova yaxınlaşarsan. Artıq dörd gündür maşınım ordadır. Mən kasıb, xəstə adamam, heç kimlə də mübahisə edə bilmirəm. Ona görə də yaxın adamlarım 18-ci otağa getdilər və oradan mənim yaxınlarımdan 800 manat pul istədilər. Mən 800 manat verməliyəm ki, maşınımı cərimə meydançasından çıxara bilim. Bunu 18-ci otaqda dedilər”.
İ.Hüseynov Daxili İşlər Naziri R.Usubova müraciətində onu da əlavə edib ki, Azərbaycan qanunların qorunduğu ölkədir: “Ramil müəllim, Sizdən xahiş edirəm, mənə kömək edin, mənə qarşı bu oyunu bitirsinlər. Mənim 800 manatım yoxdur. Sizə yalvarıram. Məni şərləyirlər ki, guya içkili olmuşam. And içirəm ki, içkili olmamışam. Özüm də maşının içində yox, yerdə olmuşam. Həyətimə zorla soxulublar. Bu biabırçılığa son qoymağı sizdən xahiş edirəm. Mən kasıb adamam, əgər 800 manatım olsaydı, iki ay evimdə oturub rahat dincələrdim, qəpik-quruşa görə işləməzdim. Mən Sizə inanıram, inanıram ki, Siz bu özbaşınalığa son qoyacaqsız, mənim haqqım bərpa olunacaq və rahat şəkildə gedib maşınımı cərimə meydançasından çıxaracam. Siz həmişə kasıbların yanında olmusuz. Xahiş edirəm, mənə kömək edin”.

Bolgexeber.com

Şərhlər

XƏBƏR LENTİ