SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Keçmiş MTN şefinin qohumundan şikayət... - Nazirdən kömək istənilir...

Keçmiş MTN şefinin qohumundan şikayət... - Nazirdən kömək istənilir...

Tarix:

6-05-2019, 09:16

/ 1 088 dəfə oxundu.
Keçmiş MTN şefinin qohumundan şikayət... - Nazirdən kömək istənilir...

Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, ev 4 ünvanında yaşayan Eyvazov Tofiq Kamran oğlu daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət edib. Müraciəti olduğu kimi dərc edirik.

Cənab nazir!

Yazıb Sizə bildirmək istəyirəm ki, məni - Eyvazov Tofiq Kamran oğlunu 2011-ci ilin dekabrın 19-da, saat 15-00-da Səbail Rayon Polis İdarəsinin ozamankı rəisi İlqar Mahmudovun ( keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu ) dəvəti ilə idarəyə çağırdılar.

İdarədə məndən izahat alandan sonra gözləmədiyim halda qollarıma qandal vurub zirzəmiyə apardılar. Üstümdə olan:

1. 1000 (min ) ABS dolları pulumu,

2. Blek Berli VİP telefonumu,

3. Vertu telefonumu,

4. Briliyant qaşlı üzüyümü,

5. Briliyant qaşlı saatımı,

6. 300 ( üç yüz ) manata yaxın pulumu, akta qol çəkdirərək məndən aldılar.

Sonra mən 6 il həbsxana həyatı yaşadım. Və 2017-ci ildə azadlığa çıxdım. Mən azad olunandan sonra Səbail RPİ-ə müraciət edərək məndən götürülən

əşyaların və pulun geri qaytarılmasını tələb etdim. Lakin bu günədək mənə məxsus əşyaları və pulu geri ala bilmirəm.

Hörmətli Ramil Usubov cənabları!

Sizdən xahiş edirəm mənə məxsus əşyaların və pulun geri qaytarılması üçün müvafiq orqanlara göstəriş verəsiniz. Mən öz qanuni əmlakımı tələb edirəm.

Sizə dərin hörmətlə, Eyvazov Tofiq Kamran oğlu.
NUH.az

Şərhlər

XƏBƏR LENTİ