SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Masallıda "Şəmi" ləqəbli yol polisi bax belə işləyir- Şikayət+FOTOLAR

Masallıda "Şəmi" ləqəbli yol polisi bax belə işləyir- Şikayət+FOTOLAR

Tarix:

1-04-2017, 01:09

/ 39 421 dəfə oxundu.
Masallıda "Şəmi" ləqəbli yol polisi bax belə işləyir- Şikayət+FOTOLAR

"İkinci qrup əlil olsam da, ayağımdan tutub zorla maşından yerə saldı"

Masallı rayon sakini Rüstəm Alışan oğlu Qasımov yaşadığı rayonda yol polisinin qanunsuz hərəkətlərindən şikayətçidir.

O, bildirib ki, martın 30-da, axşam saat 21.30 radələrində Masallı rayonundaki dairədə idarə etdiyi 10 CS 055 dövlət nömrə nişanlı "Jeep Grand Cherokee" markalı avtomaşını saxlayaraq yol polisi əməkdaşları ilə salamlaşıb. Bu zaman yolun əks tərəfində olan Masallı rayon Dövlət Yol Polisi Bölməsinin baş inspektoru, polis kapitanı Şəmşir Kərimov ona maşından düşüb yanına gəlməyi əmr edib: "Maşında oturmuşdum. Mənə dedi ki, tez maşından düş qaçaraq yanıma gəl. Mən də soruşdum ki, bu nə hərəkətdir, bu necə adam çağırmaqdır? O da əsəbləşib özü mənə yaxınlaşdı. Maşının qarşısına keçib yerə düşməyimi tələb etdi. Mən soruşdum ki, axı niyə düşməliyəm, hansı qaydanı pozmuşam? Heç nə demədən başqa bir inspektora göstəriş verdi ki, onun sənədlərini al. Həmin inspektor yaxınlaşıb özünü təqdim etdi və sənədləri istədi. Sonra isə əlini pəncərədən salıb qapını açdı. Bu zaman hamının "Şəmi" kimi tanıdığı Şəmşir Kərimov sol ayağımdan tutaraq məni sürüyüb maşından yerə saldı. Mən 11 ay əvvəl Bakıda DTX-nın hospitalında belimdən əməliyyat olunmuşam. Hazırda belimdə 6 implant var, 23 yerdən tikiş qoyulub. Özüm də ikinci qrup əliləm. Onlara heç bir müqavimət göstərmədən tabe oldum. Məni yol polisi maşınına mindirib şöbəyə apardılar. Mən yenə də bildirdim ki, qayda pozmuşamsa bunun arxasında dayanıram. Pərdə taxmışamsa yerində cərimə yazsınlar, çıxım gedim. Çünki pərdəni elə yerindəcə aşağı salmaq mümkündür. Mən bunu etiraf edirəm. 150 manat cəriməni yazsın, mən də gedib ödəyim. Amma heç nədən maşını cərimə meydançasına apardılar. Mənə qarşı nalayiq hərəkətlər etdilər, Hamı bunu gördü, şahidlərim var. Hadisə baş verən yerdəki obyektin kamerasına da baxa bilərlər. DYP avtomobilindəki kameraya da baxsınlar ki, məni necə sürüyüb maşından yerə salırlar. Masallıda çox sürücü Şəmidən narazıdır. Çünki ürəyi nə istəsə onu da edir. Mən iş adamıyam, başımı aşağı salıb işləyirəm. Mənim kimi çox adamı incidir, az qalır desin ki, çıxın gedin burdan".
Qeyd edək ki, Masallı DYP-nin əməkdaşları hadisə yerinə gələn Rüstəm Qasımovun xalası oğlu və dostu Cavid Əzizovun idarə etdiyi "VAZ-2107" markalı, 44 BZ 430 dövlət nömrə nişanlı avtomobili də cərimə meydançasına aparıblar: "Mən oradan keçəndə gördüm ki, yol polisi Şəmi xalam oğlunun ayağıdan tutub yerə saldı. Maşını kənarda saxayıb düşüb yaxınlaşdım ki, görüm nə olub. Şəmidən soruşdum ki, nə baş verib? Əlindəki dəyənəyi üstümə atdı. Sonra da polislərə göstəriş verdi ki, bunu da basın maşına. Polislər də mənim maşını cərimə meydançasına apardılar. Amma heç nə demədilər. Hansı qayda pozuntusuna gör apardıqlarını bildirmədilər. Çünki Şəmi nə istəyirsə onu da edir".

avtosfer.az
Masallıda "Şəmi" ləqəbli yol polisi bax belə işləyir- Şikayət+FOTOLAR
Masallıda "Şəmi" ləqəbli yol polisi bax belə işləyir- Şikayət+FOTOLAR
Masallıda "Şəmi" ləqəbli yol polisi bax belə işləyir- Şikayət+FOTOLAR
Masallıda "Şəmi" ləqəbli yol polisi bax belə işləyir- Şikayət+FOTOLAR
Masallıda "Şəmi" ləqəbli yol polisi bax belə işləyir- Şikayət+FOTOLAR
Masallıda "Şəmi" ləqəbli yol polisi bax belə işləyir- Şikayət+FOTOLAR
Masallıda "Şəmi" ləqəbli yol polisi bax belə işləyir- Şikayət+FOTOLAR
Masallıda "Şəmi" ləqəbli yol polisi bax belə işləyir- Şikayət+FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ