SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » ABŞ-dan zəng gəldi: Şamaxıda əcnəbi turistlər köməksiz qalıb

ABŞ-dan zəng gəldi: Şamaxıda əcnəbi turistlər köməksiz qalıb

Tarix:

3-10-2017, 13:57

/ 81 690 dəfə oxundu.
ABŞ-dan zəng gəldi: Şamaxıda əcnəbi turistlər köməksiz qalıb

Bu gün 06:48 rədələrində Amerika Birləşmiş Ştatlarının 911 çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüş və bir qara Nissan Patrol avtomobildə qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Administrasiyaya istinadən xəbər veririk ki, yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə ötürülüb.

Hal hazırda mümkün vasitələrlə axtarış-xilasetmə əməliyyatları həyata keçirilməkdədir.

Şərhlər

XƏBƏR LENTİ