SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Direktor Yardımlı meşələrində baş verən yaşıl soyqırımı belə gizlədir - NAZİRİN NƏZƏRİNƏ...

Direktor Yardımlı meşələrində baş verən yaşıl soyqırımı belə gizlədir - NAZİRİN NƏZƏRİNƏ...

Tarix:

28-11-2023, 11:04

/ 298 dəfə oxundu.
Direktor Yardımlı meşələrində baş verən yaşıl soyqırımı belə gizlədir - NAZİRİN NƏZƏRİNƏ...

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev istefa verəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, özünün sosial hesabında məlumat verib:

“Ölkəmizdə son onillikdə həyata keçirilən təhsil islahatlarının həyata keçirilməsi prosesində daim Nazirliyimizin və siz əziz həmkarlarımın dəstəyi üzərimdə olub. Bu illər ərzində daim nazirliyimizin prinsiplərinə uyğun addım atmışam.

Bütün qazandığımız uğurlar və region təhsilində həyata keçirilmiş inkişaf yönümlü tədbirlər məhz sizlərin iradəsi və dəstəyi sayəsində mümkün olmuşdur. Bu uzun və şərəfli yolda məhz sizlərlə birgə addımlamışam və sizlərin ictimai rəyi mənə stimul verib.

Bütün bunlara rəğmən mən bir fərd olaraq çox yorulmuşam və estafeti digərlərinə ötürməyin vaxtının çatdığını düşünürəm. Bu gün vəzifəmdən ayrılıram, lakin bütün vücudumla sizlərlə birgə Nazirliyimizin təhsil siyasətini dəstəkləməkdə davam edəcəyəm. Bir daha hamınıza təşəkkür edirəm və bir təhsil işçisi olaraq sizlərin yanındayam." - deyə Rüfət Hacıyev qeyd edib.

Xatırladaq ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev 9-cu sinif şagirdini döyüb. Hadisə Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə yaşanıb. Təhsil ocağına yoxlamaya gələn R.Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü Nizam Ramiz oğlu Mirzəyevi döyüb.

Məktəblinin valideynləri hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) müraciət ediblər.

Qeyd edək ki, bu Rüfət Hacıyevin adının hallandığı ilk qalmaqallı hadisə deyil. Bir müddət öncə də iclasa mobil telefonla gəldiyi üçün ona Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən irad tutulmuşdu. İradla razılaşmayan Rüfət Hacıyev icra başçısı tərəfindən iclasdan qovulmuşdu.

Onu da əlavə edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev barəsində Quba Rayon Prokurorluğunda cinayət işi açılıb.

Onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Prokurorluğa edilən şikayət əsasında aparılan araşdırmalardan sonra bu qərar qəbul edilib.

Şərhlər

XƏBƏR LENTİ