SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bu gün imtahan var

Bu gün imtahan var

Tarix:

26-11-2023, 10:00

/ 388 dəfə oxundu.
Bu gün imtahan var

 Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirəcək.

Xalqxeber.az DİM-ə istinadən xəbər verir ki, imtahana qeydiyyat Mərkəzin internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 1 616 nəfər müraciət edib.


İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar.

Namizəd imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib) və özü ilə aşağıdakı sənədləri gətirməlidir:

- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

- imtahana buraxılış vərəqəsi.

İmtahanın davametmə müddəti 3 saatdır və namizədə seçdiyi peşәkar mühasib sertifikat növünә aid qanunvericilik üzrә 40 test tapşırığı tәqdim olunur.

Namizədlərin “İmtahana buraxılış vərəqəsi”ndə imtahan iştirakçısının “Yaddaş kitabçası”da yerləşdirilib. İmtahan iştirakçılarından xahiş edilir ki, kitabça ilə mütləq tanış olsunlar.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 146 nəzarətçi‑müəllim, 20 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub

Şərhlər

XƏBƏR LENTİ