SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Məktəblərdə qızılca ilə bağlı SON DURUM - RƏSMİ

Məktəblərdə qızılca ilə bağlı SON DURUM - RƏSMİ

Tarix:

24-11-2023, 11:25

/ 863 dəfə oxundu.
Məktəblərdə qızılca ilə bağlı SON DURUM - RƏSMİ

 Son günlər orta və ali təhsil müəssisələrində sürətlə yayılan qızılca cəmiyyət arasında böyük narahatlığa səbəb olub.

Belə ki, son günlərdə, xüsusilə məktəblərdə kütləvi qızılcaya yoluxma halları baş verir. Dünən Kürdəmirdə 4 yaşlı uşağın qızılcaya yoluxaraq ölməsi insanları daha da təşvişə salıb.

Xatırladaq ki, dünyasını dəyişən 4 yaşlı uşağın qızılcaya qarşı peyvənd olunmadığı məlum olub.

TƏBİB-dən verilən məlumata görə, hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir.

Bakıvaxtı.az məktəblərdə qızılca ilə bağlı son durumu öyrənmək üçün Elm və Təhsil Nazirliyinə sorğu göndərib.

Sorğuya cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, qızılcaya qarşı bir qayda olaraq uşaqlar qeydiyyatda olduqları poliklinika tərəfindən peyvənd olunurlar: "Hər hansı ümumi təhsil müəssisəsində qızılcanın simptomları müşahidə edilərsə, dərhal yerli poliklinikalara məktəb rəhbərliyi tərəfindən məlumat verilir".

"Qızılcaya yoluxmuş şagird və ya şagirdlər oxuduqları siniflərdən virusun inkubasiya dövründə (10-14 gün) kənarlaşdırılırlar. Bununla bağlı sahə həkimləri tərəfindən təhsil müəssisələrində müvafiq izahat işləri aparılır", - Elm və Təhsil Nazirliyindən bildirilib.

Şərhlər

XƏBƏR LENTİ