SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət »  Masallıda ARAZ BULANIQDIR... - O DA HƏBSDƏN EHİYATLANMIR...

 Masallıda ARAZ BULANIQDIR... - O DA HƏBSDƏN EHİYATLANMIR...

Tarix:

13-10-2023, 15:00

/ 824 dəfə oxundu.
 Masallıda ARAZ BULANIQDIR... - O DA HƏBSDƏN EHİYATLANMIR...

Son zamanlar yerli icra hakimiyyətlərinin fəaliyyəti ciddi tənqid olunur. Nöqsanları ilə gündəmə gələn bəzi icra başçıları işdən çıxarılsa, həbs olunsa belə, yenə vəziyyət dəyişmir. Dəfələrlə adları şikayət və tənqid olunanlar siyahısında hallanan icra başçılarının fəaliyyətində dönüş yaranmır.

DİA.AZ bildirir ki, yerli KİV-də əhalinin ən çox narazı qaldığı icra hakimiyyətləri barədə araşdırma materialı təqdim olunub. Aydın olur ki, narazılığa səbəb olan RİH-lərdən biri də Masallı rayon İcra Hakimiyyətidir.

Araşdırma materialında deyilir:

"Masallı rayon sakinləri icra hakimiyyətinin başçısı Araz Əhmədovun sələflərinin yolu ilə getməsindən narazıdır. Şikayətlərdə bildirilir ki, yeni başçı özündən əvvəlki başçılarının korrupsiyaya bulaşmış kadrlarını vəzifələrində saxlayır, bəzilərini isə daha yüksək vəzifələrə təyin etməkdədir. Bu isə sakinlər tərəfindən birmənalı qarşılanmır.

"Masallıda Araz çayı yoxdur, amma İŞLƏRİ BULANIQ OLAN ARAZ VAR" deyə problemlərini qabardan sakinlər məhz icra başçısının səriştəsizliyini, yerli sahibkarla ədavəini əsas gətirərək şikayətlərində əsas olaraq bəyan edirlər ki, onlar Araz Əhmədovun günü bu gün vəzifədən alınmasını arzulayırlar.

Hətta başçını həbsə apara biləcək faktların da olduğu iddia olunur..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə haazırıq...

Şərhlər

XƏBƏR LENTİ