SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başlayır

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başlayır

Tarix:

28-09-2023, 14:43

/ 601 dəfə oxundu.
Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başlayır

 Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 11-ci nömrəsini nəşr edib.

DİM-dən  verilən məlumata görə, jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar Azərbaycan və rus dillərində dərc olunub.

Qeyd edək ki, ixtisas seçimi 2023-cü il sentyabrın 29-dan oktyabrın 2-dək in­ter­net vasitəsilə aparılacaq.

Şərhlər

XƏBƏR LENTİ