SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Şamaxıda dağlıq ərazi yanır - VİDEO (YENİLƏNİB)

Şamaxıda dağlıq ərazi yanır - VİDEO (YENİLƏNİB)

Tarix:

17-08-2023, 18:55

/ 397 dəfə oxundu.
Şamaxıda dağlıq ərazi yanır - VİDEO (YENİLƏNİB)

 
Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir. Ümumilikdə 7 hektara yaxın ərazidə əsasən, quru ot və kol-kos yanır.

Qeyd edək ki, yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***15:27

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata  görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Şərhlər

XƏBƏR LENTİ