İcra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - Aksiya da keçirmişdilər...
Ötən ayın 23 iyun tarixində Ağdam rayon sakinləri İcra Hakimiyyətinin qarşısında toplaşıb aksiya etmişdirlər.
Sakinlərin şikayəti kəndlərdə evlərin dam örtükləri, həyətlər-bacalar, küçələr güclü yağışdan yararsız hala düşməyindən onlara icra qurumu tərəfindən yardım olunmadığından irəli gəlmişdir.
O zamanlarda Ağdam rayon sakinləri icra başçısının qəbulunda olmaq istəyiblər. Onlar icra başçısından evlərinə dəyən ziyanın aradan qaldırılmasına köməklik etməsini istəsələr də, rayon sakinlərini İcra Başçısı Vaqif Həsənov qəbul etməmişdir.
Hələ də rayon sakinləri iddia edirlər ki onların problemləri həll olunmayıb. Ağdam İcra Başçısı Vaqif Həsənov evlərinə zərər dəyən Ağdam sakinlərini dinləməkdən yayınır.
Xalqxeber.az Hurriyyet.az saytına istinadla xəbər verir ki, sözügedən provblemlə bağlı sakinlər Prezident İlham Əliyevə təkrar müraciət ünvanlayıblar və köməklik edilməsini istəyiblər.
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı