“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Marketlərdə alış-veriş edən vətəndaşlar paytaxtda fəaliyyət göstərən Rahat Supermarketlər şəbəkəsində istehlakçıların sağlamlığını ciddi təhlükə altına alan videolar paylaşırlar.
Yayılan kadrlarda vətəndaş marketdən aldığı “Mərcan Broyler”in toyuq ətinin iyləndiyini bildirir və bunu market əməkdaşlarına nümayiş etdirir. Görüntülərdən aydın olur ki, məhsulun qablaşdırılması üzərində son istifadə tarixinin bitmədiyi qeyd edilsə də, məhsul artıq istifadəyə yararsız vəziyyətə düşüb.
Bu isə olduqca ciddi suallar yaradır. Əgər məhsulun istifadə müddəti başa çatmayıbsa, bəs toyuq əti niyə iylənib? Məhsulun saxlanma şəraiti pozulub, Soyuducu zəncirində problem yaranıb və ya istehsal prosesində keyfiyyət standartlarına əməl edilməyib. Bütün hallarda məhsul iylənib və satış üçün yararsızdır.
Məsuliyyət təkcə marketin üzərinə düşmür. İstehsalçı şirkət olan “Mərcan Broyler” də məhsulunu satış nöqtələrinə təhvil verdikdən sonra onun düzgün saxlanılmasına və keyfiyyətinin qorunmasına nəzarət etməlidir. Əgər məhsul istehlakçıya çatana qədər xarab olursa, bu, həm istehsalçı, həm də satış şəbəkəsinin ciddi məsuliyyət daşıdığını göstərir.
Qida təhlükəsizliyi insanların həyatı və sağlamlığı ilə birbaşa bağlı məsələdir. İylənmiş toyuq ətinin satışa çıxarılması sadəcə texniki nöqsan deyil, potensial zəhərlənmə və kütləvi sağlamlıq problemləri yarada biləcək təhlükəli haldır.
Rahat Supermarket və “Mərcan Broyler” şirkəti yayılan görüntülərlə bağlı ictimaiyyətə aydın və əsaslandırılmış izahat verməlidir. İstehlakçılar bilməlidir ki, aldıqları məhsul hansı şəraitdə saxlanılır və niyə istifadə müddəti bitməmiş məhsul xarab vəziyyətə düşür.
Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) araşdırma aparmasına ehtiyac olduğu görünür. Çünki söhbət təkcə bir məhsuldan deyil, minlərlə istehlakçının sağlamlığından gedir.
Rahat Supermarket və “Mərcan Broyler” bu görüntülərə cavab verməli, ictimaiyyəti narahat edən suallara aydınlıq gətirməlidir.(Xalq.online)
Həmin görüntüləri təqdim edirik:

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub