Abşeron rayonunda qanvermə aksiyası keçirilmişdir
Abşeron Rayon İcra Hakimiyətinin, Mərkəzi Qan Bankının və Abşeron Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilmişdir. Rayonun Xırdalan şəhərində yerləşən Mərkəzi Xəstəxanada təşkil olunan aksiya hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin qan ehtiyatını artırmaq məqsədi daşımışdır. Aksiyaya qoşulan vətəndaşlar əvvəlcə xəstəxananın və Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası tərəfindən müayinədən keçirilmiş, hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilmiş və daha sonra qanın verilməsinə başlanılmışdır.
Qanvermə aksiyasında 100 nəfərdən artıq rayon sakini könüllü iştirak etmişdir. Qan ehtiyacı olan insanlara kömək etmək məqsədilə Abşeron rayonunda baş tutan aksiyada Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, o cümlədən rayonda fəaliyyət göstərən təşkilatların nümayəndələri və sakinlər fəal iştirak etmişlər. Qeyd edək ki, toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaqdır.





Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı