Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Fərid Əhmədov 3 iyul 2026-cı il tarixində Balakən rayonunda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayon sakinlərini qəbul edəcək.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 2 iyul tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Şəki regional ədliyyə idarəsinə (ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi 94, əlaqə telefonu: +994 12 510 10 01 (daxili nömrə: 17705, 17790, 17715) müraciət edərək qəbula yazıla bilərlər.
Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.
Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.


Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı