İcra başçısı və şirkət rəhbəri kameralar önündə həmin göldən bir stəkan su içsin - Ekspertdən TƏKLİF
"Gədəbəydə əhalinin etiraz etdiyi gölün zəhərli olmadığını iddia edən tərəflər, o cümlədən Gədəbəy İcra Hakimiyyəti başçısı və həmin müəssisənin rəhbəri birər stəkan həmin gölün suyunu kameralar önündə içsin, iddialarını isbat etsin, məsələyə son nöqtəni qoysunlar".
Bunu media hüququ üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli özünün feysbuk hesabında yazıb.
"Vaxtı ilə İstanbul Bələdiyyəsi Xaliçi təmizlədikdən sonra Beyoğlu Bələdiyyə başçısının Xalicin təmizliyini sübut etməsi üçün soyunub, həmin suda çimmişdi",- deyə o, qeyd edib.
Xatırladaq ki, dünən Gədəbəy rayonu Söyüdlü kəndində vətəndaşlarla polis əməkdaşları arasında qarşıdurma baş verib. Qarşıdurmaya səbəb sakinlərin süni göl tikintisinə mane olması olub. Onlar gölün suyu zəhərli olduğu üçün təsərrüfata və əkin sahələrinə ziyan vurduğunu deyiblər. Həmçinin iddialara görə, qızıl çıxartma şirkətinin yaratdığı bu süni göl Söyüdlü kəndində xərçəng xəstəliyinin kütləvi yayılmasına, uşaqların əlil doğulmasına səbəb olub.
Onu da qeyd edək ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov bu gün Söyüdlü kənd sakinləri ilə görüşə gedərkən gölün suyunun təhlükəli olmadığını iddia edib. Bununla belə o, suyun araşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdiklərini bildirib.
AMİA.AZ

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı