XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Ermənistanda əsir saxlanılan hərbçimizə HÖKM OXUNDU

Ermənistanda əsir saxlanılan hərbçimizə HÖKM OXUNDU

Ermənistanda əsir saxlanılan hərbçimizə HÖKM OXUNDU
21-06-2023, 17:20

Əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Xalqxeber.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Qafan məhkəməsi qondarma hökm çıxarıb. 

Qarşı tərəf hərbçimizi Zəngəzur mis-molibden kombinatının mühafizə xidmətinin əməkdaşını öldürməkdə təqsirli bilib. Öldürülən şəxsin ailəsi bu hökmlə razı olmayıb və ömürlük həbs tələb edib.

Xatıradaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan məhkəməsi mayın 8-də Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.