XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Məhkəmə sədrinin işə gedərkən ürəyi tutdu, öldü

Məhkəmə sədrinin işə gedərkən ürəyi tutdu, öldü

Məhkəmə sədrinin işə gedərkən ürəyi tutdu, öldü
3-07-2017, 11:51

Azərbaycanda məhkəmə sədri vəfat edib. Göyçay Rayon Məhkəməsinin sədri Fərhad Əfəndiyev bu gün səhər saatlarında vəfat edib. İlkin məlumata görə, sədrin ölümünə səbəb ürək tutması olub.

Fərhad Əfəndiyev 1958-ci ildə anadan olub.

O, 1999 - 2000-ci illərdə Bakı Şəhər Prokurorluğunda mətbuat xidməti üzrə aparıcı mütəxəssis, 2000 - 2007-ci illərdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi, 2007 - 2012-ci illərdə Mingəçevir Şəhər Məhkəməsinin sədri işləyib.

2012 -ci ildən Göyçay Rayon Məhkəməsinin sədri vəzifəsində işləyib.

***

Məhkəmə sədri səhər işə gəlmək üçün evdən çıxarkən halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası gəlsə də, artıq gec olub və 59 yaşlı məhkəmə sədri vəfat edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.