SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Tanınmış hakimin oğlu qəfil vəfat etdi

Tanınmış hakimin oğlu qəfil vəfat etdi

Tarix:

14-04-2023, 11:10

/ 473 dəfə oxundu.
Tanınmış hakimin oğlu qəfil vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevə ağır itki üz verib.

Xalqxeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tanınmış məhkəmə hakiminin oğlu, 1982-ci il təvəllüdlü Rəşadət Quliyev vəfat edib. Onun səhhətində yaranan qəfil problem səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Əhməd Quliyev 1998-2000-ci illərdə Naxçıvanda ədliyyə nazirinin müavini olub. O, 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir. Ə.Quliyev bir sıra səs-küylü məhkəmə proseslərinə sədrlik edib.


Şərhlər

XƏBƏR LENTİ