SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Uçurulan “Araz” İbrahimovların çıxdı: komitə sədrini kimlər “vurur”?

Uçurulan “Araz” İbrahimovların çıxdı: komitə sədrini kimlər “vurur”?

Tarix:

26-01-2017, 09:23

/ 1 647 dəfə oxundu.
Uçurulan “Araz” İbrahimovların çıxdı: komitə sədrini kimlər “vurur”?

Bakıda bir gecənin içində buldozer qabağına verilən “Araz” otelinin arxasında İbrahimovlar çıxıb

Əldə etdiyimiz xəbərə görə, şəhərin mərkəzində yerləşən məhşur otelin məhkəmə qərarı olmadan uçurulmasının səbəbi İbrahimovlara qarşı başlanmış “səlib yürüşü”nün davamı imiş. Bu təfərrüata keçməzdən qabaq azpolitika.info-nun yaydığı xəbəri diqqətinizə çatdıraq:

Sayt yazır ki, ötən ayın 23-də sökülən “Araz” oteli və ona bitişik, ümumilikdə 3 hektar ərazidə yerləşən digər obyektlərin sahibi əslən məşhur Nehrəm kəndindən olan Novruzəli İbrahimovdur. Novruzəli İbrahimovun bir neçə tanınmış, yüksək vəzifəli şəxslə yaxın qohumluq əlaqələri var.

“Araz” oteli və digər obyektləri sökülməzdən 2 gün öncə Novruzəli İbrahimovla görüş olub. Ona təklif olunub ki, 10 milyon manat kompensasiyanı götürsün və 10 gün ərzində ərazini təhvil versin.

Bu təklifi eşidən Novruzəli İbrahimov əsəblərini cilovlaya bilməyib və elçiləri təhqir edərək qovub. Sahibkarı özündən çıxaran kompensasiya məbləğinin ərazinin real dəyərindən dəfələrlə kiçik olması olub.

Əldə etdiyimiz xəbərə görə, bu obyektin sökülməsinin iki səbəbi var. İlk növbədə həmin ərazi şəhərin prestijli ərazisində yerləşib və iqtidarda yüksək ranqlı qüvvələrin gözü düşüb.

Ona görə komitə sədrinin əmisi oğluna xoşluqla 10 milyon alıb ərazini tərk etməsi təklif edilib. Ancaq bundan imtina edən N.İbrahimovla radikal şəkildə danışıblar və səhər işə gələndə binanın olmadığını görüb.

Digər tərəfdən isə paralel olaraq komitə sədrinin “vurulması” kampaniyası gedir. Bu xüsusda qardaşı Hacı İbrahimin, kiçik qardaşı Sahilin biznesi çökdürülür. Eyni zamanda diaspora fəaliyyəti barədə müxtəlif məzmunlu informasiyalar tirajlanır.

Məqsəd Nazim İbrahimov başda olmaqla bu ailənin də iqtidarda mövqelərini zəiflətməkdir. Hətta komitənin nazirliyə birləşdirilməsi haqda iddialar səslənir.

Bu qalmalda fondun icraçı direktoru olan Ş.Mövsümovun və səfirin qayınatalarına görə cəzalanması real görünmür. Məhz İbrahimovlar “zərərsizləşdirilir”.

Şərhlər

XƏBƏR LENTİ